Сообщения

Həsəd

Drınq,drınq,drınq......telefonun səsinə ayıldım və yerimdən dik atıldım.Saat 07:30 idi..Rayona ezamiyyətə gedəcəkdim.Baş redaktorumuz cənub rayonlarında şəhidlərlə bağlı reportaj hazırlamağı tapşırmışdı. Tez çay qoydum.Bir stəkan çay içib axşam hazırladığım çantamı götürüb çıxdım.Taksiyə oturub Beynəlxalq avtovağzala sürdürdüm.Taksidən düşən kimi rayona gedən avtobusu görüb sevindim: Allah eləsin ,adamlar tez yığılsın , tez tərpənək.Yaxşı ki, maşın 11 nəfərlik idi,içəridə də 7 nəfər oturmuşdu.Mən oldum 8-ci.Sürücü pulu alıb yerimi göstərdi.İki nəfər qalırdı ki,tamamlansın və yola düşək. Nəhayət,iki nəfər gəldi.Biri gənc oğlan idi,19-20 yaşlarında olardı.O biri isə çox gözəl,ucaboylu,xoşsima bir gənc qadın idi.”Yəqin ,bacı-qardaşdırlar”,-deyə fikirləşdim.Sürücü qapını açıb içəri baxdı və boş yerləri göstərdi.Gənc oğlan qadına tərəf döndü: -Keç,ana,sən xanımın yanında əyləş.Qulaqlarıma inanmadım.Bu qədər gənc qadının bu yaşda övladı ola bilməz axı......

Larry Tremblay"Portağal bağı"

Larri Tremblay...bəşər cəmiyyətinin ən bəlalı yeri(bu mövzunu heç bir mövzudan arxaya keçirmək olmaz...)müharibə, onun insanlara gətirdiyi zədələr,ideoloji silahlar,insan qırğını,günahsız qurbanlar haqqında bir roman yazdı...Və bu əsəri Nebula nəşriyyatı Azərbaycan dilinə tərcümə edib çap etdi... O qədər də çox olmayan obrazlar,məhdud məkan,beyin fırtınaları...amma həssas nöqtə budur:kütləvi qırğın,qəlb ağrısı,insanlara cənnət xülyası vədilə dəhşətli cəhənnəm əzablarının təsviri var...Sevimli əkiz tayının əvəzinə belinə o dəhşətli kəməri bağlayan ,xeyli sayda uşağın ölümünə səbəb olan,”Tanrının seçdiyi” Əziz var...Vicdan ağrısı ilə yaşamağın nə qədər əzablı olduğunu bizə hiss etdirən,ölüm qorxusunu dəf edə bilməyən ,əkiz qardaşının adına girib içində qovrulan və axırda üsyan edən 9-10 yaşlı Amid var...Əkiz balalarının ölümlə həyat arasında bölüşdürə bilməyən ana-ata var...Bir də gənc yaşında öz ömrünə zülm edən,qan tökməyi şərəf bilən Həlim var...Bəli,romanın göz yaşlarına səbəb ola b...

Bu gün Analar Günüdür.Anamın günüdür,dünyasını dəyişən anamın...Kaş ki sağ olaydı...sarılaydım boynuna...qoxusunu çəkəydim canıma..."Canım anam" deyə biləydim..Mənim günümdür...dörd övladıma "ana"sözünü öyrətdim...Qızlarımın günüdür...Ana qızlarımın...3 nəsil ana.

A.A. Həmişə bir sakit guşə axtarırdım ki,özümlə tək qalım.O guşədə bir mən olum,bir də özüm....İçimdəkiləri o guşəyə boşaldım.Deysən bura o guşədir.Bəlkə,gec yaratdım bu guşəni?Yox,deyəsən,əsl vaxtıdır...Bundan sonra burda olacam,özüm.

Изображение
Günlər ötür,ötür....Bir səhər açılır...bir də axşam olur...Hara qaçır bu günlər...yarpaq-yarpaq.puçur-puçur düşür ömrümüzdən...axıb su kimi gedir..hmmm...