Сообщения

Сообщения за август, 2024

Həsəd

Drınq,drınq,drınq......telefonun səsinə ayıldım və yerimdən dik atıldım.Saat 07:30 idi..Rayona ezamiyyətə gedəcəkdim.Baş redaktorumuz cənub rayonlarında şəhidlərlə bağlı reportaj hazırlamağı tapşırmışdı. Tez çay qoydum.Bir stəkan çay içib axşam hazırladığım çantamı götürüb çıxdım.Taksiyə oturub Beynəlxalq avtovağzala sürdürdüm.Taksidən düşən kimi rayona gedən avtobusu görüb sevindim: Allah eləsin ,adamlar tez yığılsın , tez tərpənək.Yaxşı ki, maşın 11 nəfərlik idi,içəridə də 7 nəfər oturmuşdu.Mən oldum 8-ci.Sürücü pulu alıb yerimi göstərdi.İki nəfər qalırdı ki,tamamlansın və yola düşək. Nəhayət,iki nəfər gəldi.Biri gənc oğlan idi,19-20 yaşlarında olardı.O biri isə çox gözəl,ucaboylu,xoşsima bir gənc qadın idi.”Yəqin ,bacı-qardaşdırlar”,-deyə fikirləşdim.Sürücü qapını açıb içəri baxdı və boş yerləri göstərdi.Gənc oğlan qadına tərəf döndü: -Keç,ana,sən xanımın yanında əyləş.Qulaqlarıma inanmadım.Bu qədər gənc qadının bu yaşda övladı ola bilməz axı......