Larry Tremblay"Portağal bağı"
Larri Tremblay...bəşər cəmiyyətinin ən bəlalı yeri(bu mövzunu heç bir mövzudan arxaya keçirmək olmaz...)müharibə, onun insanlara gətirdiyi zədələr,ideoloji silahlar,insan qırğını,günahsız qurbanlar haqqında bir roman yazdı...Və bu əsəri Nebula nəşriyyatı Azərbaycan dilinə tərcümə edib çap etdi... O qədər də çox olmayan obrazlar,məhdud məkan,beyin fırtınaları...amma həssas nöqtə budur:kütləvi qırğın,qəlb ağrısı,insanlara cənnət xülyası vədilə dəhşətli cəhənnəm əzablarının təsviri var...Sevimli əkiz tayının əvəzinə belinə o dəhşətli kəməri bağlayan ,xeyli sayda uşağın ölümünə səbəb olan,”Tanrının seçdiyi” Əziz var...Vicdan ağrısı ilə yaşamağın nə qədər əzablı olduğunu bizə hiss etdirən,ölüm qorxusunu dəf edə bilməyən ,əkiz qardaşının adına girib içində qovrulan və axırda üsyan edən 9-10 yaşlı Amid var...Əkiz balalarının ölümlə həyat arasında bölüşdürə bilməyən ana-ata var...Bir də gənc yaşında öz ömrünə zülm edən,qan tökməyi şərəf bilən Həlim var...Bəli,romanın göz yaşlarına səbəb ola b...