Larry Tremblay"Portağal bağı"
Larri Tremblay...bəşər cəmiyyətinin ən bəlalı yeri(bu mövzunu heç bir mövzudan arxaya keçirmək olmaz...)müharibə, onun insanlara gətirdiyi zədələr,ideoloji silahlar,insan qırğını,günahsız qurbanlar haqqında bir roman yazdı...Və bu əsəri Nebula nəşriyyatı Azərbaycan dilinə tərcümə edib çap etdi...
O qədər də çox olmayan obrazlar,məhdud məkan,beyin fırtınaları...amma həssas nöqtə budur:kütləvi qırğın,qəlb ağrısı,insanlara cənnət xülyası vədilə dəhşətli cəhənnəm əzablarının təsviri var...Sevimli əkiz tayının əvəzinə belinə o dəhşətli kəməri bağlayan ,xeyli sayda uşağın ölümünə səbəb olan,”Tanrının seçdiyi” Əziz var...Vicdan ağrısı ilə yaşamağın nə qədər əzablı olduğunu bizə hiss etdirən,ölüm qorxusunu dəf edə bilməyən ,əkiz qardaşının adına girib içində qovrulan və axırda üsyan edən 9-10 yaşlı Amid var...Əkiz balalarının ölümlə həyat arasında bölüşdürə bilməyən ana-ata var...Bir də gənc yaşında öz ömrünə zülm edən,qan tökməyi şərəf bilən Həlim var...Bəli,romanın göz yaşlarına səbəb ola biləcək anları var...
Ilk baxışdan sadə görünən süjet xətti adı bilinməyən ölkənin naməlum bir kəndində-cəhənnəmin içində-quru,isti çöllərdə Zahidin atası Münir kişinin saldığı portağal bağından başlayır.Kişi özü üçün bir cənnət yaratmışdı.Bəs bu cənnət niyə yenidən cəhənnəmə çevrildi?Bu sualı Zahidin arvadı Tamara da yaradanla söhbətində soruşur:
“Niyə insan zamanın öz işini görə bilmədiyi bir ölkədə yaşayır?Boyanın qopmağa,pərdələrin saralmağa ,boşqabların qırılmağa vaxtı qalmır?” Əslində bu ölkədə uşaqlar da,gənclər də kamsız,böyümədən,yaşlanmadan gedirlər...Bunu bilə-bilə ana necə yaşasın?!Onun əkiz oğullarının da başının üstünü ölüm almışdı.Bu,əlacsız bir ananın fəryadı idi.O,Allahdan kömək istəyir,xəstə və sağlam oğullarının seçimini edə bilmir.Sonda isı hər ikisini itirir.Ya elə,ya belə...
Əsərdə müharibəyə nifrət aşılanır.Sözlə, siyasət və razılaşma ilə həll olunmayan problem başqa bir yolla həll olunmur.Və qaldıqca yeni problemlər yaranır.Romanda Sülayed obrazı şər,nifrət,düşmənçılıyın simvoludur.Hər kəsin “imanlı” hesab etdiyi bu adam ölüm kabusudur.O,insanların zəif yerini bilir,psixoloji basqı edir,onları diri-diri cəhənnəmə göndərir,qatilə çevirir.Oxucu bunları izlədikcə beynindən bunlar keçir:hansısa ideya ,bir ovuc torpaq,yaxud sərhəd,neft üçün vuruşmağa dəyərmi?!Günahsız qadınları,uşaqları,qocaları öldürmək insanlığa sığarmı?!
Sonda Tremblay Əziz-Amid vasitəsilə insanları sülhə çağırır:”...Mənim qəlbim kül kimi çat-çatdır.Və mən üzümü parçalayan göz yaçı axıdıram...Hətta səsimdə ,cümlələrimdə bir sülh var,sizinlə yeddi yaşlı,doqquz yaşlı,iyirmi yaşlı,min yaşlı səslə danışıram.Məni eşidirsiniz?”
“Portağal bağı”hər kəs üçündür:böyüklər və kiçiklər üçün.Bir şeyə tam əminəm.Əqidə,vicdan,ədalət hissi olan insanları alətə çevirmək olmur.vəhhşi yabanı bitkilər də boş yerlərdə kök salır.Belə...Oxuyub düşünmək sizə qalıb.
Комментарии
Отправить комментарий